Avtomobilimin şinlərinin ölçülərini dəyişə bilərəmmi? -SUALA CAVAB
13 Dekabr 2025, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1407
17.02.2025, 15:09
Mehman Məmmədov Baş İdarədə dindirildi
Ağstafa rayonu Köçəsgər kənd sakini Mehman Məmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən oğlu Sərxan Məmmədova məhkəmə tərəfindən barəsində aşağı həddə cəza təyin olunması vədi ilə həmkəndlisi Ələsgər Cabbarov və onun vasitəsi ilə tanış olduğu İbadət Məhərrəmov tərəfindən dələduzluğa məruz qalmasına dair dəfələrlə məlumat vermişik.M.Məmmədovun ərizəsi əsasında Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılaraq Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur.
Lakin, material tələb edilərək Tovuz Rayon Prokurorluğunda öyrənilmiş və 07 oktyabr 2024-cü il tarixli qərarla ləğv edilərək yenidən araşdırılmaq üçün Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsinə qaytarılmışdır.
Həmçinin oxuyun
Araşdırmanın obyektiv davam etdirilməsi üçün 27 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinə göndərilmişdir. Bir neçə gün öncə şikayətçi Mehman Məmmədov həmin İdarənin müstəntiqi,polis polkovnik-leytenantı Elgün Hüseynov tərəfindən dindirilib. Ərizəçi M.Məmmədovun sözlərinə görə, müstəntiq E.Hüseynov araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul ediləcəyi barədə bildirib.
Miri Məcidli
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.